Xaçmazda məktəblini maşın vurub

Xaçmazda məktəblini maşın vurub
  19 Sentyabr 2016    Oxunub:1321
Xaçmazda yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, rayon sakini 2003-cü il təvəllüdlü Teymurov Həzrət Zakir oğlunu maşın vurub.

O,dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məktəbliyə qapalı kəllə beyin travması diaqnozu qoyulub,vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti