Masallıda 8 otaqlı ev yanıb

Masallıda 8 otaqlı ev yanıb
  19 Sentyabr 2016    Oxunub:1148
Masallıda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, rayonun Qasımlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə, 2-ci mərtəbədə mətbəxin yanar konstruksiyaları və ev əşyaları 24 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti