Bakıda avtobus qəzası: Ölən və yaralı var

Bakıda avtobus qəzası: Ölən və yaralı var
  19 Sentyabr 2016    Oxunub:2899
Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib.
AzVision.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 17-də saat 20 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini Ərşad Həsənov idarə etdiyi “VAZ-21015” markalı avtomobili Şuşa şəhər sakini Aqil Əmiraslanovun yolun kənarında saxladığı “Daewoo” markalı xətt avtobusuna vurub.

Nəticədə Ə.Həsənov və sərnişini, paytaxt sakini İlham Ədilov xəstəxanaya yerləşdirilib. İ.Ədilov orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti