Döyülən məktəblinin vəziyyəti orta-ağırdır
Bu barədə AzVision.az-a 1 saylı Şəhər Kliniki Xəstəxanasının cərrahiyə şöbəsinin baş həkim müavini Adil Salahov məlumat verib.
Həkim bildirib ki, xəstə kəllə beyin tarvaması ilə xəstəxanaya daxil olub: “Xəstəyə ilkin müayinə edilib və onda beyin sirkələnməsi müşahidə edilib. Eyni zamanda sol gözaltı nahiyyədə yumşaq toxumaların əzilməsi qeydə alınıb. Əlavə müayinələri davam edir. Hələki xəstə bir neçə gün burada qalacaq”.
Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 127 saylı məktəbin direktoru Mərhəmət Məmmədov bildirib ki, dalaşan şagirdlər 11-ci sinifdə oxuyurlar. O qeyd edib ki, şagirdlər arasında gücü dava olmayıb.
“Dava dərsdən sonra qeydə alınıb. Dalaşan şagirdlərdən biri müəllim nəvəsidir. Sözləri çəp gəlib dalaşıb, amma hadisə dərs zamanı olmayıb. Döyülən Muradov Mustafa, döyən isə İsmayılov Azaddır. Şagirdlərin valideynləri ilə söhbət aparılacaq”, - deyə direktor vurğualyıb.
Bakı Şəhər Təhsil İdarəsindən isə bildirilib ki, hal-hazırda 127 saylı məktəbin şagirdi Mustafa Muradov ilə sinif yoldaşı arasında baş verən mübahisə araşdırılır. Məsələyə aydınlıq gətirildikdən sonra ictimaiyyətə açıqlama veriləcək.
Aytən Zəhra
AzVision.az