Uşaq ölümünə səbəb olan həkim `sürgün` edildi

Uşaq ölümünə səbəb olan həkim `sürgün` edildi
  20 Sentyabr 2016    Oxunub:3426
Azərbaycanda körpənin ölümünə səbəb olan həkim işləmək üçün ucqar kəndə göndərilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sentyabrın 9-da rayon sakini Nüşabə Muradlı Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hamilə qadın keysəriyyə əməliyyatına alınıb və oğlan uşağı dünyaya gətirb.

Əməliyyatdan sonra uşağın halı pisləşdiyindən o, Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb. Zəruri yardım göstərilsə də, körpənin həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, uşağın sarılıq keçirdiyi bildirilir.

Nazirlikdən verilən digər məlumata görə, uşağı ilkin müayinə edən həkimə şiddətli töhmət verilib və o, ucqar kəndə göndərilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti