Mərdəkanda ölümlə nəticələnən qəza

Mərdəkanda ölümlə nəticələnən qəza
  21 Sentyabr 2016    Oxunub:1671
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu Mərdəkan-Buzovna avtomobil yolunun 6-cı km-də “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin Qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Aslanov Elman Yaqub oğlunun cəsədini çıxarıb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:46-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti