Psixotrop dərmanlar satan əczaçı tutuldu
Saxlanılan şəxsin işlədiyi aptekə baxış zamanı oradan əlavə olaraq psixotrop tərkibli 3200 ədəd “Tramadol”, 112 ədəd “Lyrica”, 1335 ədəd “Pregabalin” kapsulaları, 165 ədəd “Tradolex” ampulaları və 4 ədəd “Tropicamide Mydrax” flakonu aşkar olunaraq götürülüb.
İlkin dindirmə zamanı, T.Abıyev işlədiyi aptekdə həmin dərmanların satışını həyata keçirdiyini etiraf edib. Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
AzVision.az
Teqlər: