Piyadanı öldürən sürücü qaçdı
Naməlum avtomobil yolu keçmək istəyən Cəlilabadın Astanlı kənd sakini, 48 yaşlı Nadir Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü isə hadisə yerindən qaçıb. Avtomobilin qırılaraq yerə tökülmüş ehtiyyat hissələrindən onun “VAZ – 21 06” olduğu ehtimal olunur.
Hazırda hadisəni törədən sürücünün tapılması istiqamətində axtarışlar davam etdirilir.
AzVision.az
Teqlər: