Evi oğurlanan şəxs polisi aldatdı

Evi oğurlanan şəxs polisi aldatdı
  22 Sentyabr 2016    Oxunub:1562
Abşeronda oğurluq hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də şəhər sakini Şöhrət Osmanova məxsus evdən 1200 manat pul oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Şamil Şamilzadə tutulub.

Araşdırmalar zamanı evdən 1200 manat deyil, 170 manat pul oğurlanması, Ş.Osmanovun isə bu barədə polisə yalan məlumat verməsi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti