Şəmkirdə 2 maşın toqquşdu: 2 yaralı var
“Opel” və “VAZ 21011” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər, Şəmkir rayon Sarıtəpə kənd sakinləri, 1966-cı il təvəllüdlü Qalib Quliyev və 1972-ci il təvəllüdlü Nurəddin Rzaquliyev müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır. (APA)
AzVision.az
Teqlər: