Azərbaycanda toy yasa döndü: Ölən və yaralılar var
Toy karvanında hərəkət edən VAZ 2107” markalı avtomob “Niva” markalı avtomobil ilə toqquşub. Qəza zamanı “VAZ 2107” markalı avtomobilin sərnişini 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.
Avtomobildə olan digər sərnişinlər 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. “VAZ 2107” markalı avtomobilin sürücüsü Abdullayev İtiqam qəza zamanı xəsarət almayıb. “Niva” markalı avtomobilin sərnişinləri 1975-ci il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Kamil, o cümlədən sürücü 1983-cü il təvəllüdlü Bağırova Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. (Apa)
AzVision.az