`Günəşli` yatağından xəbər var
Hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (AXDG) “G.Şıxlinski” və “Şirvan-2” kran gəmiləri, “Nefteqaz-64”, “Aura”, “Om” təchizat-yedək gəmiləri, AXDG-yə məxsus, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən idarə olunan “Vixr-5” və AXDG - BUE Caspian Alyansının “Caspian Server” gəmiləri qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar aparılan işlərə cəlb olunub.
Qeyd edək ki, sentyabrın 26-da SOCAR-ın “Azneft” İB-nin “28 May” adına neft və qazçıxarma idarəsinin (NQÇİ) “Günəşli” yatağının 19-cu stasionar dərin dəniz özülündəki 71 nömrəli quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib. Sentyabrın 26-da saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zamanı qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyə edib. Bu gün səhər saatlarında isə yanğın tam söndürülüb, həmçinin qaz təzahürünün qarşısı alınıb.
AzVision.az
Teqlər: