Ölkədə təhlükəli qrip virusu yayılıb? - Açıqlama
“Keçən il payız mövsümünün əvvəlində A və B qripi tək-tək hallarda müşahidə edilirdi. Bu il isə payız mövsümü başlayandan hələki qrip virusu aşkar edilməyib. Kəskin respirator virusu var. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kəskin respirator virusunda 4,3 faiz azalma müşahidə olunur. Gündəlik, həftəlik məlumatları təhlil edirik, hələki artım müşahidə olunmayıb”.
Qrip xəstəliyinin Azərbaycanda hələki qeydə alınmadığını vurğulayan A.Əliyeva insanların bundan qorunması üçün peyvənd ola biləcəklərini qeyd edib.
“Lakin bu peyvəndlər özəl xəstəxanalarda edilir. Dövlət müəssisələrində immuna-profilaktika tədbirləri çərçivəsində 6 yaşa qədər uşaqların peyvəndləri həyata keçirilir və pulsuz olaraq aparılır. Planlı qaydada qripə qarşı peyvəndlər aparılmır. Lakin hər hansı şəxs qripə qarşı peyvənd olmaq istəyirsə, özəl müəssisələrə müraciət edərək bunu edə bilər. Qripə qarşı peyvəndlər insanı bir il müddətində qoruyur. Çünki qrip virusu vaxtaşırı dəyişir, eyni qalmır, ona görə də insan peyvənd olmaq istəyirsə, bunu ildə bir dəfə etməlidir”.
Aytən Zəhra
AzVision.az