Azərbaycanlı sahibkar güllələndi

Azərbaycanlı sahibkar güllələndi
  30 Sentyabr 2016    Oxunub:18462
Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib.
Mərhumun yaxınlarının bildirdiyinə görə, hadisə Qazaxıstanın Qostanay şəhərində baş verib. Zərdab rayon sakini 50 yaşlı Çingiz Muxtar oğlu Əhmədov güllənərək qətlə yetirilib.

Məlumata görə, uzun müddətdir ki, qətlə yetirildiyi şəhərdə yaşayan Ç. Əhmədov müxtəlif yüksək vəzifələrdə çalışıb. Son vaxtlar isə sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş. Mərhumun meyiti doğulduğu rayona gətirilərək dəfn olunub. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti