Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu
  01 Oktyabr 2016    Oxunub:1923
Sentyabrın 29-da saat 20 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Feliks Bayramov vurulub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Kia” markalı avtomobilin sürücüsü - paytaxt sakini Emin Günəşli saxlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti