Şəmkirdə ağır qəza, 1 nəfər öldü

Şəmkirdə ağır qəza, 1 nəfər öldü
  01 Oktyabr 2016    Oxunub:1948
Şəmkirdə aşan maşın ölümə səbəb olub.
ARB Kəpəzdən AzVision.az-a verilən xəbərə görə, yol-nəqliyyat hadisəsi rayonun Qaracəmirli kəndində baş verib. Rayon sakini Babək Məmmədov idarə etdiyi “Mercedes” markalı minik avtomobili aşırıb.

Nəticədə sərnişin Elşad Namazov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Daha sonra yaralı evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti