Xaçmazda 3 otaqlı ev yanıb

Xaçmazda 3 otaqlı ev yanıb
  02 Oktyabr 2016    Oxunub:1496
Xaçmazda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Alekseyevka kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı aynabənddən ibarət evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub.

Yanğın saat 23:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti