Bakıda evi su basdı, 3 nəfər xilas olundu

Bakıda evi su basdı, 3 nəfər xilas olundu
  02 Oktyabr 2016    Oxunub:1529
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Binəqədi rayonunda yağış sularının fərdi yaşayış evlərinin həyətinə yığılması nəticəsində biri uşaq olmaqla üç nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

Əməliyyat saat 10:39-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti