Ağcabədidə yanğın olub

Ağcabədidə yanğın olub
  03 Oktyabr 2016    Oxunub:1246
Ağcabədi rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, Ağcabədi rayonu, Aşağı Avşar kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 2 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 16:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti