Qızıl oğurladılar, metal çıxdı - Video
İlqar Qəmbərov- baş müstəntiq: "İsti izlərlə aparılmış əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, həmin cinayət hadisəsini qeyd edilən qəsəbədə yaşayanlar - Zeynal Zeynalov, Tural Hüseynov və Əli Ağayev törədib. Həmin şəxslər müəyyən edilərək istintaqa təqdim edilmiş, faktla bağlı izahatları alınmış, fakt öz təstiqini tapdığından onlar qeyd edilən cinayəti törətməkdə şübhəli bilinərək həbs olunublar".
Saxlanılaraq şöbəyə gətirilənlərdən Zeynal Zeynalov və Əli Ağayevin bacanaq, Tural Hüseynovun isə zərərçəkənin qonşusu olduğu məlum olub. Oğurluq təklifi isə əvvəllər bu əməlinə görə məhkumluq həyatı yaşayan və bu ilin mart ayında azadlığa çıxan Turaldan gəlib.
Tural Hüseynov- saxlanılan şəxs: "Baxdıq qapı bağlıdır, qıfıl var. Bildik ki, evdə heç kim yoxdur. Divardan düşdük, pəncərədən içəri daxil olduq. İki qızıl üzük idi, gümüş idi, qol saatı idi, bir də telefon idi - 3 ədəd. Götürdük çıxdıq, səhər də Mingəçevirə apardıq? satdıq".
Bacanaqlar da əməllərini səmimi etiraf edib. Onların təəssüfləndiyi isə əldə etdikləri qızıl-zinət əşayasından bir qisminin metal çıxmasıdır.
Əli Ağayev- saxlanılan şəxs: “Evdə oturmuşdum bacanaqla, bu gəldi ki, təcili işim var sizlə. Elə bildik dalaşıb. Durduq arxasınca getdik, yolda heç nə danışmadı. Küçəyə çatıb, evin qabağında dayananda dedi ki, bu evi neçə vaxtdı gözaltı etmişəm. Yiyəsi şəhərə çıxanda qızıl-qatarla çıxır. Bura girmək lazımdır. Mən dedim, mənlik deyil. Mən çıxıb getmək istəyəndə bunlar ikisi də tələsik içəri düşdülər”.
Zeynal Zeynalov- saxlanılan şəxs: Çıxdıq, nağd 101 manat pul idi. Böldük o pulu. Qərara da gəldik ki, sabah gedək Mingəçevirə sataq digər əşyaları. Komplekt götürmüşdük. Getdik, birinci onu yoxlatdıq, qızıl çıxmadı. Heyfsləndik. İki üzük qızıl çıxdı. 39 manata birini satdıq, 53 manata da birini. Ordan da qayıtdıq gəldik, telefonları yoxlatdıq. İkisi işləmədi, biri işlədi. Həmin işləyən telefon Turalda qaldı, digər ikisini tulladıq”.
Hazırda bacanaqlarla əlbir olan keçmiş məhbusun rayonun Qarayeri qəsəbəsində, eləcə də digər ərazilərdə kimlərə ziyan vurduğu araşdırılır.
AzVision.az
Teqlər: