AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 17 m2 sahədə yanmış, yüksək temperaturdan eyvanın plastik pəncərələri qarsalanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə edilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az