Bakıda iş adamı özünü güllələdi

Bakıda iş adamı özünü güllələdi
  04 Oktyabr 2016    Oxunub:2329
Bakıda intihar hadisəsi baş verib.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində 1956-cı il təvəllüdlü Zəlimxan Bünyatov yaşadığı villada özünü güllələyib. O, hadisə yerindəcə keçinib.

Bildirilir ki, hadisə baş verərkən Z.Bünyatovun ailə üzvləri evdə olub. O, "Vinçester" markalı tüfəngi götürərək hamam otağına keçib və burada özünə atəş açıb. Səsə gələn ailə üzvləri 50 yaşlı kişinin həyatını xilas edə bilməyib.

İntihar edən şəxs biznesmen olub və tikinti şirkətinə rəhbərlik edirmiş. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti