Xırdalanda iki qardaş dəm qazından ölüb

Xırdalanda iki qardaş dəm qazından ölüb
  04 Oktyabr 2016    Oxunub:1953
Azərbaycanda iki qardaş dəm qazından boğularaq ölüb.
AzVision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi xəbərə görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Həmin şəhərdə yaşayan İlham Musayev və qardaşı İntiqam Musayev evlərində dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti