Xaçmazda 3 otaqlı ev külə döndü - Video

Xaçmazda 3 otaqlı ev külə döndü - Video
  05 Oktyabr 2016    Oxunub:1651
Xaçmazda yanğın olub.
AzVision.az ARB-yə xəbər verir ki, hadisə rayonun Hacıəlibəy kəndində baş verib.

49 yaşlı kənd sakini Cahid Məmmədova məxsus evdə qeydə alınan hadisə zamanı xəsarət alan olmayıb.

Ümumi sahəsi 60 kv.metr olan 3 otaqlı evin 2 otağı 30 kv.metr və dam örtüyünün yanar konstruksiyaları 60 kv.metr sahədə yanıb. Yanğının qarşısını almaq üçün əraziyə FHN-nin Xaçmaz Dövlət Yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisənin genişlənərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırmalara başlanılıb.



AzVision.az


Teqlər:





Xəbər lenti