Tovuzda qonaqlıqda kütləvi zəhərlənmə

Kənd sakinlərin birinin evində təşkil olunan qonaqlıqda iştirak edənlər yemək yedikdən sonra zəhərlənmə əlamətini hiss edərək, Tovuz mərkəzi rayon xəstəxanasına müraciət ediblər.
Onlardan 6 nəfərin vəziyyəti orta ağır olduğuna görə xəstəxanaya yerləşdiriliblər. Zəhərlənənlər 2003-cü il təvəllüdlü Əfsanə Yusibova, 1991-ci il təvəllüdlü Ədalət Həsənov, 1998-ci il təvəllüdlü Şəhla Yusibova, 2008-ci il Xəyal Həsənov, 1996-cı il təvəllüdlü Əli Abbasov və 2007-ci il təvəllüdlü Zöhrə Xəlilovadır.
Xəstəxanaya müraciət edənlərin sayının artacağı ehtimal edilir.
İlkin məlumata görə zəhərlənmə mis qazanda saxlanılan ətdən baş verib. (Apa)
AzVision.az