3 uşaq atası qəzada öldü

3 uşaq atası qəzada öldü
  11 Oktyabr 2016    Oxunub:1521
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az ARB TV-yə istinadən xəbər verir ki, qəza İmamzadə yolunda qeydə alınıb.

"Mercedes" markalı avtomobilin qəzaya uğraması nəticəsində sürücü, 30 yaşlı Əli Hüseynov dünyasını dəyişib. Həmin vaxt ərazidən keçən şəhər sakini Hüseynovu Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirib.

Məlumata görə, o, xəstəxanaya gətirilərkən artıq keçinmiş vəziyyətdə olub. Mərhum ailəli idi, 3 övladı var. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti