Şəki bazarında 90 konteyner yanıb
Bildirilib ki, Şəki şəhərində ümumi sahəsi 2 ha olan “Şəki Bazar” ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteynerləri və 20 ədəd satış piştaxtalarının yanar konstruksiyaları və içərisində olan mallar 1200 m2 sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzVision.az