`Cocuq Mərcanlıda sosial obyektlər tikiləcək` - Nazir

`Cocuq Mərcanlıda sosial obyektlər tikiləcək` - Nazir
  27 Yanvar 2017    Oxunub:1854
"Cənab prezidentin sərəncamına əsasən ayrılan vəsait hesabına Cocuq Mərcanlı qəsəbəsində ilkin mərhələdə 50 ev, məktəb, tibb məntəqəsi və digər sosial obyektlər tikiləcək".
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir qeyd edib ki, həmin vətəndaşların məşğulluğunun və sosial sığortasının təmin olunması üçün tədbirlər görəcək: “Onların sosial sığorta ilə əhatə olunması ən yaxın rayonda yerləşən müvafiq qurum vasitəsilə həyata keçiriləcək. Bu gün onların hər hansı sosial təminat elementləri ilə təmin olunmasında problem yoxdur. Əsas məsələ məşğulluq və sosial sığorta məsələləridir. Təbii ki, biz bu addımları atacağıq".

AzVision.az


Teqlər:  





Xəbər lenti