Ruslar bu ölkələrdə dincəlir - Siyahıda Azərbaycan da var

Ruslar bu ölkələrdə dincəlir - Siyahıda Azərbaycan da var
  16 Mart 2017    Oxunub:6404
Ötən il Azərbaycana istirahət etmək üçün 627 min rusiyalı turist gəlib.

AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Statisika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, 2016-ci ildə xarici ölkələrə səyahət edən rus turistlərin sayı 31,7 milyon olub və bu göstərici əvvəlki illə müqayisədə 8 faiz aşağıdır.

Rusların ən çox səyahət etdiyi ölkələr arasında Abxaziya (4,3 milyon), Finlandiya (2,9 milyon), Qazaxıstan (2,8 milyon), Ukrayna (1,8 milyon), Çin (1,6 milyon) üstünlük təşkil edib. Həmçinin rus turitlər ötən il Estoniya (1,5 milyon), Almaniya (1,1 milyon), Polşa (1,1 milyon, Tailan ( 867 min) və Kipr (813) kimi ölkələrdə də istirahət üçün üz tutublar.

Rus turistlərin səfər etdiyi ölkələr arasında ikinci onluqda Türkiyə (797 min), İspaniya (790), Gürcüstan ( 782), İtaliya (742), Litva (693), Tunis (624), Bulqarıstan (535) və Birləşmiş Ərəb Əmirlikləri (499 min) yer alıb.

Rəsmi qurumun məlumatına görə, Türkiyə və Misirə səfər edənlərin sayı kəskin azalıb. Türkiyə 2015-ci ildə 3,46 milyon rus turisti qəbul etmişdisə, bu göstərici 2016-cı ilə 77 faiz aşağı düşüb.

Qeyd edək ki, ölkəmizə təşrif buyuran rus turistlər daha çox paytaxt Bakı və eləcə bəzi bölgələrdə istirahət etməyi üstünlün verirlər.

Aytən Zəhra
AzVision.az


Teqlər: Rusiya   Turist   Azərbaycan  





Xəbər lenti