Türkiyə XİN: “ATƏT-in rəyi qəbuledilməzdir”

Türkiyə XİN: “ATƏT-in rəyi qəbuledilməzdir”
  18 Aprel 2017    Oxunub:1015
ATƏT-in Türkiyədə keçirilmiş referendumla bağlı verdiyi rəyi qəbuledilməzdir.
Bu barədə Türkiyə Xarici Işlər Nazirliyinin açıqlamasında bildirilir.

“Referendumun beynəlxalq standartlara uyğun olmadığını demək qəbuledilməzdir”, - deyə məlumatda qeyd edilib.

Türkiyə XİN-in bəyanatında həmçinin vurğulanıb ki, ATƏT-in müşahidə missiyası referendumun qiymətləndirilməsində kifayət qədər obyektiv və qərəzsiz ola bilməyib.

AzVision.az


Teqlər: Türkiyə   Referendum  





Xəbər lenti