Türkiyənin Baş Komandanı Bakıya gəlib - Fotolar

  26 Aprel 2017    Oxunub : 1778
Türkiyənin Baş Komandanı Bakıya gəlib - Fotolar
Türkiyənin Jandarm Qüvvələri Baş Komandanı general Yaşar Gürel Azərbaycana gəlib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, türkiyəli general Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.



Türkiyənin Bakıdakı Səfiri Erkan Özoral, Azərbaycanın daxili qoşunlar komandanı Şahin Məmmədovun müşayiət etdiyi Y.Gürel həmçinin Bakı Türk Şəhidliyini də ziyarət edib.



Türkiyəli general üç günlük səfəri çərçivəsində daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, sərhəd qoşunlarının komandanı Elçin Quliyev və digər rəsmilərlə görüşlər keçirəcək.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Türkiyə   Azərbaycan   Komandan