Azərbaycan 50-ci qızıl medalını qazandı

Azərbaycan 50-ci qızıl medalını qazandı
  18 May 2017    Oxunub:1749
IV İslam Həmrəyliyi Oyunlarında kişilərin taekvando yarışlarında +87 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Radik İsayev qızıl medal əldə edib
AzVision.az-ın məlumatına görə, Olimpiya çempionumuz finalda Özbəkistan təmsilçisi Dmitri Şokina qalib gələrək Azərbaycana İslamiadada 50-ci qızıl medalı qazandırıb.

Radik İsayevə, həmçinin fəxri kürsüdə yer alan digər idmançılara medalları dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Beləliklə Azərbaycanın aktivindəki medalların sayı 99-a yüksəlib. Medallardan 50-si qızıl, 29-u gümüş, 20-si bürüncdür.

AzVision.az


Teqlər: Bakı-2017  





Xəbər lenti