"Ermənistan regional əməkdaşlığa mane olur" - Oqtay Əsədov
Oqtay Əsədov deyib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalını davam etdirməklə regional təhlükəsizliyi və sabitliyi pozmaqdadır: "Bu işğal bütövlükdə regional əməkdaşlığa mane olur. Ermənistan beynəlxalq hüququn aliliyini qəti surətdə inkar edir və Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını açıq tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə tabe olmaqdan boyun qaçırır".
Milli Məclisin sədri vurğulayıb ki, güc tətbiqinin tərəqqi və mehriban qonşuluğa gətirib çıxara biləcəyi barədə Ermənistan rəhbərliyinin bəsit düşüncəsi sadəcə xəstə təxəyyülün məhsulundan başqa bir şey deyil: "Şübhə yoxdur ki, Azərbaycan beynəlxalq hüquq normalarına tam uyğun olaraq öz ərazi bütövlüyünü bütünlüklə bərpa edəcək".
AzVision.az
Teqlər: Oqtay-Əsədov Türkiyə Qarabağ Ermənistan