NATO Qarabağa görə narahatdır

NATO Qarabağa görə narahatdır
  12 İyun 2017    Oxunub:1691
NATO-ya üzv olan bütün ölkələr Cənubi Qafqaz regionunda silahlanmanın artmasından narahatdır.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanda jurnalistlərlə görüşündə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. Onun sözlərinə görə, bu, siyasi gərginliklə müşayiət olunur.

“Bildiyiniz kimi, iki ölkənin-müttəfiqi NATO (Fransa və ABŞ) ATƏT-in Minsk qrupunun həmsədrləridir. Və onlar Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə sadiqdirlər Bu sahədə NATO-nun mövqeyi aydındır. Biz gərginliyin azaldılması, hərbi fəaliyyətlərin səviyyəsinin məhdudlaşdırılması və sülh prosesinin aparılmasını istəyirik”.

O, əlavə edib ki, NATO regionda təhlükəsizliklə bağlı vəziyyəti diqqətlə izləyir: “Biz bu barədə vaxtaşırı təzə məlumatlar alırıq. Deməliyəm ki, hazırda narahatlıq səviyyəsi NATO ölkələri arasında kifayət qədər yüksəkdir, çünki bu yaxınlarda regionda toqquşma olub, yaralılar var, müharibə bəyanatları səslənib. NATO birbaşa prosesə cəlb olunmayıb. Bizim mövqeyimiz Minsk qrupuna kömək etməkdir. NATO tərəflər və Minsk qrupu həmsədrləri tərəfindən problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara kömək göstərməyə davam edəcək”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: NATO   Qarabağ  





Xəbər lenti