Evdə meyit tapıldı

Evdə meyit tapıldı
  10 Avqust 2017    Oxunub:1131
Bakıda mənzildə kişi meyiti aşkarlanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakının Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1966-cı il təvəllüdlü Drojin Aleksandr Nikolayeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

AzVision.az


Teqlər: FHN   Meyit  





Xəbər lenti