Çimərlik mövsümü başa çatdı - 42 nəfər ölüb, 204 nəfər xilas edilib
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, çimərlik mövsümü başlayandan (15 iyundan) bu günə qədər 42 nəfər suda boğularaq ölüb. 92 gün ərzində 204 nəfər suda boğulmaqdan xilas edilib.
Qeyd edək ki, 15 iyundan başlayaraq ölkəmizdə çimərlik mövsümü açıq elan edilib. Çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olub.
Anar Kəlbiyev
AzVision.az