İlham Əliyev milli komandamızın oyununa baxıb - FOTOLAR

İlham Əliyev milli komandamızın oyununa baxıb - FOTOLAR
  23 Sentyabr 2017    Oxunub:5212
Qadın voleybolçular arasında Avropa çempionatının “A” qrupunda yer alan Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununu izləyib.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Azərbaycan yığmasının start heyətində meydana Kseniya Pozdnyak, Odina Bayramova, Alyona Həsənova, Nataliya Məmmədova, Kristina Yaqubova, Polina Rəhimova və Valeriya Məmmədova çıxıblar.

Azərbaycanın və Macarıstanın dövlət himnlərinin səsləndirilməsindən sonra oyuna start verildi. Milli komandamız ilk setin əvvəlində hesabda geri olsa da, setin sonuna doğru üstünlüyü ələ alaraq 25:23 hesabı ilə qələbə qazandı. Azərbaycan voleybolçuları ikinci setdə inamla mübarizə apararaq rəqibə çətinlik çəkmədən qalib gəldilər – 25:14. Oyunun üçüncü seti də Azərbaycan voleybolçularının inamlı qələbəsi ilə yekunlaşdı - 25:16. Beləliklə, 3:0 hesabı ilə qalib gələn voleybolçu qızlarımız Avropa çempionatına qələbə ilə başladılar.

Azərbaycan Prezidenti İlham Əliyev komandamızın qələbəsini alqışladı.




















AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti