Gəncədə əl qumbarası tapılıb
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə otlaq sahəsinə baxış keçirilib və aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar edilib. Lakin həmin gün havanın yağmurlu olmasını nəzərə alaraq əməliyyat oktyabrın 4-də davam etdirilib. Aşkar olunmuş 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkarlanmış əl qumbarasının ətrafında 900 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Yanvarın 1-dən oktyabrın 4-dək agentlik tərəfindən, ümumilikdə, 6 min 814 partlamamış hərbi sursat, tank əleyhinə 199 mina və piyada əleyhinə 32 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 4 milyon 717 min 417 kvadratmetr ərazi yoxlanılıb.
AzVision.az