Zərif İraq Kürdüstanına gedib - Ərdoğanın sözünü çatdıracaq

Zərif İraq Kürdüstanına gedib - Ərdoğanın sözünü çatdıracaq
  06 Oktyabr 2017    Oxunub:2119
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İraqın keçmiş Prezidenti Cəlal Təlabaninin dəfn mərasimində iştirak etmək üçün İraq Kürdüstanının Süleymaniyə şəhərinə gedib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Zərif Süleymaniyə şəhərinə geniş tərkibli nümayəndə heyəti ilə gedib.

Ehtimal edilir ki, nazir İraq Kürdüstanının rəsmi şəxsləri ilə qeyri-rəsmi görüşlər keçirərək. Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehran səfərinin yekunları haqqında qarşı tərəfə məlumat verəcək və Məsud Bərzani administrasiyasını müstəqillik fikrindən daşındırmağa çalışacaq.

AzVision.az



Teqlər: İran   Türkiyə   İraq  





Xəbər lenti