Sabah əsl istirahət havası olacaq

Sabah əsl istirahət havası olacaq
  07 Oktyabr 2017    Oxunub:1851
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, oktyabrın 8-də gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-23° isti, Bakıda gecə 14-16°, gündüz 21-23° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12°, gündüz 19-24° isti, dağlarda gecə 1-6°, gündüz 9-14° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər: hava  





Xəbər lenti