Rusiya oğurluq edən iki azərbaycanlı tutulub

Cinayətkar dəstənin dörd üzvündən ikisi qanunsuz şəkildə Peterburqda yaşayan iki Azərbaycan vətəndaşı olduğu üzə çıxıb. Dəstə üzvləri Veteranlar prospektində “585 Gold” qızıl-zinət mağazasına hücum etməkdə şübhəli bilinirlər. Onlar satıcıları silahla təhdid edib, vitrinləri sındırıb və zinət əşyalarının olduğu iki palleti oğurlayıblar. Oğruları küçədə gözləyən sürücü də saxlanılıb.
Eldar Tanrıverdiyev
AzVision.az