Şəkilləri bəyənməyən deputata spikerdən ironiyalı cavab

Şəkilləri bəyənməyən deputata spikerdən ironiyalı cavab
  20 Oktyabr 2017    Oxunub:2565
“Milli Məclisə yeni medalın təsis olunması ilə bağlı qanun layihəsi təqdim edilərkən şəkillər keyfiyyətsiz və solğun olur”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin iclasında “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalın təsis edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova deyib.

Deputat bildirib ki, bu, hörmətsizlikdir: “Qanun layihəsini Milli Məclisə təqdim edən orqan bunu düşünməlidir. Növbəti medal təsis olunarkən layihədəki şəkil keyfiyyətli olmalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deputat E.Axundovaya bildirib ki, növbəti dəfə yeni medal olarsa, dizaynını siz verərsiz.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti