Naxçıvanın Konstitusiyası dəyişdi

Naxçıvanın Konstitusiyası dəyişdi
  20 Oktyabr 2017    Oxunub:1500
Milli Məclisin iclasında 2016-cı ilin 26 sentyabrında ümumxalq səsverməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi müzakirəyə çıxarılıb.
Dəyişiklik Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 8-ci maddəsinə (Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ) təklif edilir.

I Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.

II. Məhkəmələr tətəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.

III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və Qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Həmçinin 15-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilir.

5. 41-ci maddənin mətni isə aşağıdakı yeni redaksiyada verilir:

“Naxçıvan Muxtar Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir”.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

AzVision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti