Aslan İsmayılov hüquqşünasları təxribata çəkmək istədi
_1508495177.jpg)
Əldə etdiyimiz məlumata görə, A.ismayılov yaranan narazılıqla bağlı konfrans zalını hamıdan tez tərk etməli olub. Buna səbəb isə onun səsləndirdiyi fikirlər olub. Belə ki, Aslan İsmayılovun Nümayəndəlik İnstitutunun ləğvinin qarşısını almaq üçün hüquqşünasları mitinq keçirməyə çağırması zalda etiraz doğurub. Dəyirmi masada iştirak edən bir çox hüquqşünas Aslan İsmayılovun bu təklifini çox uğursuz hesab edərək müzakirələrin istiqamətini dəyişməyə cəhd ediblər. Buna hiddətlənən Aslan İsmayılov tədbir başa çatmamış zalı tərk edib.
Qeyd edək ki, sözügedən tədbirin sonunda hüquqşünaslar Nümayəndəlik İnstitutunun ləğvi ilə bağlı qanun layihəsinin Milli Məclisin müzakirəsindən çıxarılması üçün Prezident İlham Əliyevə müraciət ediblər.
Onu da əlavə edək ki, Nümayəndəlik İnstitutunun ləğvi ilə bağlı məsələ artıq Milli Məclisin gündəliyindən çıxarılıb. (Femida.az)
AzVision.az
Teqlər: Aslan-İsmayılov