Müsəlmanlara qarşı dəhşətli terror - 70 ölü, 55 yaralı (Yenilənib)

**
Əfqanıstanda iki məsciddə törədilən partlayışlarda ölənlərin sayı 59-a çatıb, 55 nəfər yaralanıb.
Məlumata görə, birinci partlayışı Kabil şəhərində şiələrə məxsus İmam Zaman məscidində axşam namazı vaxtı terrorçu-kamikadze törədib. Partlayışdan sonra məsciddəki insanlar atəşə tutulub. Həlak olanlar arasında qadınlar və uşaqlar var. İkinci partlayışın da terrorçu-kamikadze tərəfindən Qur vilayətindəki məsciddə törədilib.
Terror aktlarına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.
***
(19:58)
Əfqanıstanın paytaxtı Kabil şəhərində şiələrə məxsus məsciddə partlayış baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, məscidə daxil olan terrorçu-kamikadze özünü partladıb.
Hadisə nəticəsində azı 30 nəfər ölüb, 45 nəfər isə yaralanıb. Terror hadisələrinə görə, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
AzVision.az