Ukraynalı deputatların Azərbaycan əleyhinə səs verməsinə Kiyevin münasibəti

Ukraynalı deputatların Azərbaycan əleyhinə səs verməsinə Kiyevin münasibəti
  21 Oktyabr 2017    Oxunub:3126
Ukrayna Ali Radasını təmsil edən bir neçə deputatın Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan əleyhinə qətnaməyə səsverməsinə Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, Kubiv bildirib ki, bir qrup şəxsin AŞPA-da Azərbaycana qarşı səs verməsi rəsmi Kiyevin mövqeyini əks etdirmir.

“Qətnamələrin lehinə Ukraynanın 12 nümayəndəsindən yalnız 5-i səs verib. Səsvermədə iştirak edən deputatlardan heç biri Pyotr Poroşenko Blokuna daxil deyil. Onlar Ali Radada təmsil etdikləri siyasi qüvvələrin fikirlərini ifadə edirlər”.

Nazir qeyd edib ki, bu addım Poroşenkonun siyasətinə zərbə vurmaq məqsədi ilə atılıb: “Təxribatçı hərəkətlərin məqsədi tam aydındır. Ukraynanın Avropaya inteqrasiya kursunun təmin edilməsi və bunun dost Azərbaycanla qarşılıqlı strateji əməkdaşlığa mənfi təsir göstərməməsi kursu yeridən prezident Poroşenkonun siyasətinə zərər vurmaqdır”.

Kubiv, həmçinin qeyd edib ki, Ukrayna və Azərbaycanın əməkdaşlığı bütün sahələrdə fəal genişlənmə və aktivləşmə mərhələsindədir.

AzVision.az


Teqlər: Azərbaycan   Ukrayna  





Xəbər lenti