Putin Ərdoğanla Suriyanı müzakirə edib

Tərəflər oktyabrın sonunda Qazaxıstan paytaxtında Suriya üzrə növbəti, yeddinci beynəlxalq görüşün perspektivlərini müzakirə ediblər. Suriyada vəziyyətin nizamlanması üçün səylərin əlaqələndirilməsinə dair praktiki məsələlərə toxunulub. Prezidentlər Astana prosesi çərçivəsində birgə görülən işləri müsbət qiymətləndiriblər.
Dövlət başçıları Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Qeyd olunub ki, sentyabrın 28-də Ankarada keçirilən yüksək səviyyəli görüş zamanı əldə edilən razılaşmalar, o cümlədən ticarət-iqtisadi sahədə, uğurla həyata keçirilir.
AzVision.az