Gürcüstanda bələdiyyə seçkiləri başlayıb

Majoritar namizədlərin sayı 4727, partiya siyahısında namizədlərin sayı 12902 nəfərdir. Seçkilərlə əlaqədar 3644, o cümlədən 10 qapalı seçki məntəqəsi səsverməyə tam hazırdır. Səsvermənin gedişini ümumilikdə 75 min 611 müşahidəçi izləyəcək. Onlardan 54389–u seçici subyektinin, 20641-i yerli təşkilatların, 581-i isə beynəlxalq təşkilatların müşahidəçiləridir. Prosesi, həmçinin 4820 jurnalist izləyəcək.
Seçici siyahılarında 3 milyon 440 min 123 seçicinin adı var. Səsvermə ilə əlaqədar 9 546 450 bülleten çap olunub. Gürcüstanda yaşayan milli azlıqlar üçün Azərbaycan-gürcü və erməni-gürcü dillərində bülletenlər hazırlanıb. Azərbaycan-gürcü dilində olan bülletenlər 208 seçki məntəqəsinə, gürcü-erməni dilində olan bülletenlər isə 133 məntəqəyə paylanılıb.
AzVision.az