Dağlıq Qarabağda daha iki erməni əsgər öldü

Nəticədə 1988-ci il təvəllüdlü Aram Sirekan Xaçatryan və 1997-ci il təvəllüdlü Hraç Ararat Avedisyan ölüb. Rəsmi məlumata görə, onların odlu silahdan istifadə qaydalarına əməl etmədikləri nəticəsində aldıqları güllə yaralarından öldüyü bildirilir.
Sosial şəbəkələrdə yayılan xəbərlər isə rəsmi məlumatın əksini deyir. Belə ki, ölən əsgərlərdən birinin qohumu bildirib ki, əsgərlər bir-birini güllələyib. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, ötən gün Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağ atıcı alayın ərazisindəki postda hərbi qulluqçular arasında münaqişə baş verib. Mübahisə zamanı qumbaraatan vəzifəsində xidmət edən hərbi qulluqçu Aram Xaçaturyan xidmət yoldaşı David Harutunyanı avtomatla başından güllələyib. Xəstəxanaya aparılarkən ağır yaralanmış hərbi qulluqçu D.Harutunyan yolda ölüb.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Dağlıq-Qarabağ