Qarabağda erməni əsgəri öldürən hərbçi həbs edilib

Aparılan istintaq tədbirləri nəticəsində Xaçatryanın ölümü ilə bağlı bir sıra əhəmiyyətli detallar üzə çıxıb. Belə ki, o, dünən saat 12:40 radələrində hərbi hissələrdən birinin döyüş mövqeyində çiyin nahiyəsindən güllə yarası alıb. Yaralı erməni əsgər hərbi hospitala aparılarkən yolda ölüb.
İstintaq Komitəsinin məlumatına görə, Xaçatryanı güllələyən şəxsin kimliyi məlum olub. Həmin hərbi hissədə xidmət edən kiçik çavuş qətlə şübhəli bilinərək saxlanılıb.
Hadisə nəticəsində Aram Sirekan Xaçatryanla yanaşı 1997-ci il təvəllüdlü Hraç Ararat Avedisyanın da öldüyü bildirilirdi.
Hadisənin silahdan istifadə qaydalarının pozulması nəticəsində baş verdiyini iddia edən erməni rəsmiləri Xaçatryandan fərqli olaraq Avedisyanın qətli barədə heç bir açıqlama yaymayıb.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Qarabağ